Nobel Qardaşlarının II Beynəlxalq Tədqiqat-İnnovativ Konfransı

13-14 sentyabr 2013-ci il, Stockholm, Isveç

 

 

Sessiyalar/Mövzular:

Konfransın mövzuları aşağıdakılardan ibarətdir:

  1. “Nobel Qardaşlarının Neft İstehsalı Şirkəti”nin irsi: tarixi, xüsusiyyətləri
  2. “Nobel Qardaşlarının Neft İstehsalı Şirkəti”nin mövcud olduğu yerlər, paylanma və ekoloji məsələlər
  3. “Nobel Qardaşlarının Neft İstehsalı Şirkəti” və Azərbaycan cəmiyyəti
  4. “Nobel Qardaşları”nın innovasiya sistemi Bakıdakı ilk neft bumunda
  5. “Nobel Qardaşları”nın işçiləri, aparıcı menecerləri, istehsalatda və ofislərdə çalışan xidmətçiləri

 

Nobel Qardaşlarının I Beynəlxalq Tədqiqat-İnnovativ Konfransı (NBRC) tarixə, hazırkı vaxta və xüsusilə, gələcəyə baxış olacaqdır; vaxtın maksimal hissəsi istər plenar iclaslarda, istərsə də onlara paralel olaraq aparılan iclaslarda müzakirələrə həsr olunacaqdır. Əsas mövzulara aydınlıq gətirmək və müzakirələr üçün bünövrə yaratmaq məqsədilə, məhdud sayda məruzəçilər tərəfindən əsas fikirlərin işıqlandırılmasına imkan yaradılacaqdır. Plenar iclaslar və onlara paralel olaraq keçiriləcək hər bir iclaslar silsiləsi ingilis, rus Azərbaycan dillərinə tərcümə ediləcəkdir.