Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı

13-14 sentyabr, 2013, Stokholm, İsveç

 

Məqalələrin toplanması
 

Təşkilatçılar sizi “Nobel Qardaşlarının Neft hasilatı şirkəti”nin XX əsrin əvvəlində baş tutan və hal-hazırkı birinci və ikinci neft bumuna tövhəsininin  öyrənilməsinə həsr olunmuş  II Beynəlxalq Tədqiqat-İnnovativ Konfransına dəvət edir.

 

Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı tarixi, cari və əsasən gələcəyə yönəlmiş olacaq; iki plenar və parallel sessialar ərzində müzakirələrə maksimum vaxt ayrılacaq.

 

Konfrans “Nobel Qardaşlarının Neft hasilatı şirkəti” və onunBakı neft sənayesinin inkişafındakı vacib yerinə həsr olunmuş məqalələr və carı layihələrin təqdimatı və müzakirəsi üçün beynəlxalq forum rolunda çıxış edir.

 

Konfrans onun çərçivəsinə və əsas mövzularına aydınlıq gətirən tematik panellərdən, dairəvi masalardan və əsas çıxışlardan ibarət olacaq.

 

Dil

Konfransın dili İngilis, Azərbaycan və Rus dilləridir. Plenar və digər sessiyalar zamanı sinxron tərcümə təmin edilir.

 

Mövzular

Konfransın ümumi məqsədi texniki, ictimai və ictimai-iqtisadi sahədə uğurlu innovasiaların tanınmasını genişləndirilməsindən ibarətdir. Konfrans davamlı innovasiya sisteminin qurulmasının, şirkətin inqilab zamanı keçidi və işçilərin ondan sonrakı dövrdə durumunun, eləcə də, Rockefellerin "Standard oil", Rotşild ailəsi və Branobel üçbucağı arasında əlaqələrin öyrənilməsinə yönəlib.

 

Bu konfrans zamani spesifik diqqət o zamanki geosiyasi reallıqlar və Branobelin milliləşdirilməsinin dünya neft sənayesi üçün fəsadlarına yönələcək. Spesifik mövzulara daha çox yönələn və hər birinin tərkibində tapıntıları bu gün üçün aktual suallara və problemlərə çevirmək iddiası olan çıxışların və məruzələrin daxil olmasını dəstəkləyirik. Bu bizim tarixi aşkar edib, biliklərdən istifadə edərək bu günün cəmiyyətinə çatdırılmasına yardım edəcək.

 

Konfransın mövzuları bunlardır:

  1. Nobel Qardaşlarının Neft hasilatı şirkətinin irsi: tarix, xüsusiyyətlər
  2. Nobel Qardaşlarının Neft hasilatı şirkətinin məkanları, paylaşma və ekoloji məsələlər
  3. Nobel Qardaşlarının Neft hasilatı şirkəti və Azərbaycan Cəmiyyəti
  4. Nobel qardaşları əməkdaşları, rəhbərləri, ofis və fabrik işçiləri
  5. Birinci Bakı Neft bumunda Nobel qardaşlarının innovasiya sistemi
  6. Cari / İkinci Bakı Neft bumunun innovasiya sistemi "Irəliyə düşünərək"

 

Uyğunluq

Məqalələri mövzuda maraqlı olan istənilən  alimlər, təhqiqatçılar, mövzu ilə elmi iş yazan PhD tələbələr təqdim edə bilər.

 

Qeydiyyat və Qeydiyyat rüsumu:

İştirakçıların hamısı qeydiyyat formasını doldurmalıdır.

Qeydiyyat rüsumu mövcud deyil.

 

Təqdim etmə qaydaları

Maraqlı təhqiqatçılardan məqalələrinin tezislərini (300 sözdən çox olmamaq şərtilə), qısa bioqrafik məlumat (müəllifin adı, aidiyyəti olan təşkilat, poçt ünvanı, telefon nömrəsi və elektron ünvan) və bir səhifəlik CV-nin göndərilməsi xahiş olunur.

 

Ərizəçilərdən tezislərini göstərilən 6 mövzudan hansına aid olduğunu qeyd etmək xahiş olunur. Sənədlər 30 iyun 2013 ildən gec olmayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına Nobel Qardaşlarının II Elmi-İnnovativ Konfransı adı ilə göndərməlidir. 

 

Bütüm sənədlər İngilis, Azərbaycan və ya Rus dilində olmalı, bir PDF və ya Word formatlı sənəddə cəmləşdirilməlidir. Seçim prosesinin nəticələri 2013-cü il iyul ayının ortalarında elan olunacaq.

 

Məqalələrin seçiminə görə konfransın elmi komitəsi məsuliyyət daşıyır. Seçilmiş namizədlər 2013-cü il avqustun 15-dək tam məqalələrini (3000-5000 söz) təqdim etməyə dəvət olunacaqlar. Ən yaxşı məqalələr konfransın nəticələrinə həsr olunmuş cilddə çap olunacaqlar.

 

Keçirilmə yeri, Yerləşdirmə və Çatdırılma

Konfrans Stokholmun mərkəzində baş tutacaq. Konfransın proqramı bütüm xarici iştirakların yerləşdirilməsini təmin edir. Konfrans bütüm seçilmiş iştirakçıların yol xərclərini ödəyir. Yenilənmiş məlumatı www.branobelconference.com saytından almaq olar.

 

Seçilmiş iştirakçılar 2013-cü il iyulun sonlarında konfransda iştirak etməyə dəvətnamə alacaqlar. Dəvətnamə proqram, spesifik konfrans panelləri və təqdim olunan məqalələrin formatı, təşkilatı detallar haqqında məlumat verəcək.

 

Vaxt çərçivələri

  • Ərizələrin son tarixi: 30 iyun, 2013
  • Tezislərin seçimi: 15 iyul 2013
  • Məqalələrin təqdim etməsi: 15 avqust 2013
  • Məqalələrin konfransın veb-saytında online yerləşdirilməsi: 30 avqust 2013

 

Əlavə sual və məlumat üçün:

VEB: www.branobelconference.com

Elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.