Nobel Qardaşları ilə bağlı Azərbaycandakı və İsveçdəki tarixi mənbələr

 

        Azərbaycanda hüquqi şəkildə qeydiyyatdan keçmiş qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan “Azərbaycan-Skandinaviya Əməkdaşlığı” ictimai birliyi (ASƏ İB) və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (MAİ) indiyədək Nobel Qardaşlarının tarixinə dair bir sıra tədqiqatlar həyata keçirmiş və bu sahədə beynəlxalq və yerli iştirakçılarla faydalı əlaqələr yaratmışlar.

Stokholmdakı Biznes Tarixi Mərkəzi (CBH) ilə Bakıdakı Milli Arxiv İdarəsi arasında Elmi əməkdaşlığa dair Müqavilə, həmçinin MAİ ilə ASƏ İB arasında Əlaqəli əməkdaşlığa dair  Müqavilə imzalanmışdır. Həmçinin bu məqsədlə Azərbaycandakı İsveç Konsulluğu ilə faydalı əlaqələr yaradılmış, Nobel Qardaşlarının Neft Şirkətinə və onun mülkiyyətçilərinə dair tarixi tədqiqatlar üzrə birgə layihələr hazırlanması və həyata keçirilməsi razılaşdırılmışdır. Stokholmdakı CBH 2010-cu ilin may ayından etibarən İsveçin “StiftelsenOlleEngkvistByggmästare” Fondundan maliyyə yardımı əldə etmiş* və bizim birgə “Nobel Qardaşlarının Tarixi Layihəsi”nin (BNHP) İsveçdəki hissəsini həyata keçirilməyə başlamışdır. CBH artıq Nobel Qardaşlarına dair rəqəmsal arxiv-məlumat bazasının daxil olduğu www.branobelhistory.com veb-saytını hazırlamışdır. Rəqəmsal məlumat bazasını zənginləşdirmək üçün Nobel Qardaşları ilə əlaqədar tarixi materiallar rəqəmsal formada dünyadakı mümkün qədər daha çox arxivdən toplanmaqdadır. Həmçinin bu beynəlxalq məlumat bazasının istifadəsini daha da genişləndirmək məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilməkdədir.

ASƏ İB Nobel Qardaşlarına və onların Azərbaycanın neft sektorundakı fəaliyyətinə dair Azərbaycanda mövcud olan 250 000-dən artıq original tarixi sənədi toplamaq və onları rəqəmsal formada Nobel Qardaşlarına dair məlumat bazasına təqdim etmək məqsədilə, BNHP-nin Azərbaycana aid hissəsini hazırlamışdır. Toplanacaq sənədlərdən dünyadakı tədqiqatçılar asanlıqla və ödənişsiz istifadə edə biləcəklər. Burada yekun məqsəd həmin materialların daha geniş və daha dərindən tədqiq olunmasınan və nəşrindən ibarətdir.    

İnanırıq ki, təklif edilən Layihənin həyata keçirilməsi Azərbaycandan əldə ediləcək unikal tarixi mənbə materialları hesabına Nobel Qardaşlarına dair məlumat bazasını əhəmiyyətli dərəcədə zənginləşdirə bilər. Layihənin həyata keçirilməsi həmçinin Azərbaycanın neft tarixinin və bu vaxtadək gizli qalmış hissəsi və Nobel Qardaşlarının Azərbaycandakı fəaliyyətləri haqqında, xüsusilə, beynəlxalq aləmdən olan akademik tədqiqatçılara və tarixlə maraqlanan şəxslərə məlumat verməkdə qeyri-adi rol oynayacaqdır.

ASƏ İB 2010-cu ilin may ayından etibarən Azərbayan Respublikası Dövlət Neft Şirkətindən, “Nobel Oil LTD”dən Nobel Beynəlxalq Cəmiyyətindən maliyyə dəstəyi əldə etmişdir. Azərbaycandakı sponsorlar Bakıda geniş şəkildə praktik rəqəmsallaşdırma fəaliyyətlərini nəzərdə tutan layihənin başlanmasına dəstək göstərməklə irəliyə doğru mühüm bir addımı mümkünləşdirmişlər.  yuxarıda adlarını qeyd etdiyimiz sponsorlara maliyyə dəstəyinə görə öz təşəkkürümüzü bildiririk. Həmçinin Azərbaycan Tarix Arxivinin binasında təşkil edilmiş, rəqəmsallaşdırma fəaliyyətlərini həyata keçirən xüsusi qrupa təşəkkürlərimizi çatdırırıq.